İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya AĞIR ZƏRBƏ: Rusiyanın strateji hərbi təyyarəsi VURULDU

Ukrayna Xüsusi Əməliyyatlar Mərkəzinin "A" ("Alfa") döyüşçüləri Rusiyanın Engels şəhərində Tu-95MS raketdaşıyıcısını vurublar.

Musavat.com xəbər verir ki, bu barədə prezident Volodimir Zelenski məlumat verib.

"Məhz bu cür təyyarələr Ukraynaya zərbələr endirir. Bütün döyüşçülərimizə dəqiqliklərinə görə təşəkkür edirəm! Bütün bunlar onların zərbələrinə cavabdır. Rusiyalılar öz müharibələrinin nə olduğunu hiss etməlidirlər", - deyə o qeyd edib.

Dövlət başçısı onu da əlavə edib ki, bu sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin döyüşçüləri cəbhə xəttindən 1000 kilometr məsafədə yerləşən Yaroslavl vilayətindəki neft emalı zavodunu vurublar.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, avqustun 27-də və avqustun 28-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri rusların bir sıra hərbi hədəflərinə zərbələr endiriblər.

Belə ki, Olenovka (Krım) rayonunda düşmənin "Nebo-SV" radiolokasiya stansiyası, "P-18" aparat RLS-i və mobil rabitə vasitələri kompleksi vurulub. Frunze (Krım) rayonunda isə "Nikolayevka" radiorele stansiyası sıradan çıxarılıb.

Bununla yanaşı, Sevastopolda (Krım) rusların təlim-hazırlıq mərkəzinin vurulduğu təsdiqlənib.

"Zaporojye vilayətinin Uspenovka və Donetsk vilayətinin Kuraxovo rayonlarında Rusiyanın PUA idarəetmə məntəqələri, həmçinin Donetsk vilayətinin Krasnaya Qora rayonunda düşmənin silah və hərbi texnika cəmləşdiyi ərazi vurulub", - deyə məlumatda bildirilir və vurulan ziyanın dərəcəsinin dəqiqləşdirildiyi qeyd olunur.

Əvvəlki zərbələrin nəticələrinə əsasən, avqustun 24-də Rusiyanın Rostov vilayətinin Karaiçevo ərazisində "Kasta" radiolokasiya stansiyasının məhv edildiyi təsdiqlənib.

Baş Kəşfiyyat İdarəsinin məlumatına əsasən, bir Tu-95MS təyyarəsi 4-dək "X-101" raketi, Tu-160 isə bu tipli 12-dək raket daşımaq qabiliyyətinə malikdir.

Baş Kəşfiyyat İdarəsindən vurğulayıblar ki, Rusiya Hərbi Hava Qüvvələrinin uzaqmənzilli aviasiyasının tərkibində olan təyyarələrin mövcud sayını nəzərə alsaq, hətta bir təyyarənin itirilməsi belə hiss olunandır. Bununla belə, düşmən Ukrayna ərazisindəki obyektlərə raket zərbələri endirmək üçün aviasiya komponentindən istifadə etmək imkanını qoruyub saxlayıb. SSRİ süqut etdikdən sonra Rusiya Tu-160 təyyarələrinin istehsalını bərpa etməyə çalışır, lakin hazırda Rusiya Hərbi-Sənaye Kompleksi yalnız onların təmirini və modernləşdirilməsini həyata keçirməyə qadirdir. Bundan əlavə, bizim tərəfimizdən endirilə biləcək zərbələrdən ehtiyat edən ruslar strateji aviasiyanın bazalaşdırılması üçün Ukrayna ərazisindən uzaqda yerləşən aerodromlardan, xüsusən də Ukrainka (Rusiya, Amur vilayəti) və Belaya (İrkutsk vilayəti) aerodromlarından istifadə edir. Zərbələr endirməyə hazırlaşmaq üçün təyyarələr "Engels-2" (Saratov vilayəti) və "Olenya" (Murmansk vilayəti) aerodromlarına keçirilir və oradan Ukraynaya zərbələr endirmək üçün buraxılış hədlərinə uçuşlar həyata keçirirlər.

Ukrayna kəşfiyyat məlumatlarına görə, avqustun 5-i vəziyyətinə Rusiyanın sərəncamında aşağıdakı raketlər mövcuddur: 600 ədəd "Oniks" raketi; 450 ədəd "Kalibr" raketi; S-400 kompleksləri üçün 400 ədəd RM-48U raketi; "İskander-M" üçün təxminən 130 raket; 120 ədəd "Sirkon"; 100 ədəd "X-101" raketi; hər birindən 50 ədəd olmaqla "Xəncər" (Kinzhal), eləcə də Şimali Koreya istehsalı olan KN-23 və KN-24 raketləri.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR