İnsanlara hürriyət, millətlərə istiqlal!

Müctəba Xamenei SÜKUTU POZDU: İLK GÖRÜNTÜLƏR YAYILDI - VİDEO

İranın dövlətə məxsus "Mehr" agentliyi ölkənin Ali Rəhbəri Müctəba Xameneinin mart ayında bu vəzifəyə təyin olunmasından sonra ilk görüntülərini dərc edib.

Musavat.com xəbər verir ki, kadrlarda Xameneinin tələbələr arasında əyləşdiyi və ehtimal ki, dini dərs keçdiyi görünür.

Çəkilişin dəqiq nə vaxt aparıldığı barədə məlumat verilmir.

Onun videoda görünməsi İranın Ali Rəhbərinin səhhəti ilə bağlı yayılan müxtəlif xəbərlər fonunda baş verib.

Qeyd edək ki, Müctəba Xamenei mart ayının əvvəlində, hərbi əməliyyatların ilk günlərində atası Əli Xameneinin ABŞ və İsrailin zərbəsi nəticəsində həlak olmasından sonra İranın Ali Rəhbəri postuna gəlib. 

İqamətgaha endirilən hava zərbəsi nəticəsində Müctəba Xamenei də xəsarət alıb. Bu hadisədən sonra o, ictimaiyyət arasında görünməyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR