İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə hazırlığı - ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu kəskin artırır

ABŞ İrana qarşı gərginliyin artdığı bir vaxtda Yaxın Şərqə əlavə hərbi qüvvə və döyüş texnikasının köçürülməsini davam etdirir.

Musavat.com xəbər verir ki, Vaşinqtonun bu addımları bölgədə təhlükəsizlik risklərinin yüksəldiyi, ABŞ–İran münasibətlərində eskalasiya ehtimalının açıq şəkildə müzakirə olunduğu mərhələyə təsadüf edir.

Məlumatlara görə, ABŞ ordusunun bir sıra bölmələri və ağır hərbi texnika strateji əhəmiyyətli nöqtələrə yerləşdirilir.

Rəsmi açıqlamalarda bildirilir ki, bu yerdəyişmələr regionda mümkün təhdidlərin qarşısının alınması, müttəfiqlərin müdafiəsinin gücləndirilməsi və çəkindirmə siyasətinin təmin olunması məqsədi daşıyır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR