İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibəni qızışdıranlar danışıqları poza bilmədilər – Putinin nümayəndəsi

Müharibəni qızışdıranlar Mayamidə Ukrayna ilə bağlı Rusiya-ABŞ danışıqlarını poza bilmədilər.

Musavat.com xəbər verir ki, bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyev rusiyalı jurnalistlərə deyib.

Qeyd edək ki, Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar 20 və 21 dekabrda Mayamidə keçirilir. Amerika tərəfindən prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və Amerika liderinin kürəkəni, sahibkar Cared Kuşner iştirak edir.

Şənbə günündən başlayan danışıqların ilk günündə Dmitriyev rusiyalı jurnalistlərə danışıqların konstruktiv şəkildə davam etdiyini bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR