İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibəyə qarşı çıxdı - seçkidən kənarlaşdırıldı

Ukraynaya qarşı müharibənin dayandırılmasını açıq şəkildə tələb etmiş Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev qarşıdakı parlament seçkilərindən kənarlaşdırılıb. Məhkəməyə təqdim edilən arqumentlərdən biri onun seçki təşviqatında “Microsoft” şirkətinə məxsus şriftlərdən lisenziyasız istifadə etməsi olub.

Musavat.com xəbər verir ki, qərarı Samara Vilayət Məhkəməsi qəbul edib.

Kommunist Partiyasını (KPRF) təmsil edən Matveyev Dövlət Dumasının Regional siyasət və yerli özünüidarəetmə komitəsi sədrinin müavinidir və yeni çağırış parlamentə seçilmək niyyətində olub.

Deputatın namizədliyinin ləğvi tələbi ilə məhkəməyə onun Samara vilayətindəki 163 saylı birmandatlı dairə üzrə rəqibi, Pensiyaçılar Partiyasının namizədi Anna Sarantseva müraciət edib.

Avqustun 11-də verilən iddiada Matveyevin saytında müəllif hüquqları sahiblərinin icazəsi olmadan bir sıra fotolardan, həmçinin mediadan götürülmüş qrafikdən istifadə etdiyi bildirilib. Bundan başqa, deputat Rusiyanı tərk etmiş “Microsoft” korporasiyasının hazırladığı şriftlərdən rəsmi lisenziya almadan seçki materiallarında istifadə etməkdə ittiham olunub.

Matveyev 2022-ci il fevralın 26-da Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin başlanmasından iki gün sonra Kremlə hərbi əməliyyatları “dərhal dayandırmaq” çağırışı edib.

Onun sözlərinə görə, vaxtilə qondarma “dxr” və “lxr”in tanınmasına səs verərkən müharibəyə deyil, sülhə səs verdiyini düşünüb və Kiyevin bombalanmasını deyil, Rusiyanın Donbası qorumasını istəyib.

Deputat sonradan həmin paylaşımı silib. İki gün sonra BBC-yə müsahibəsində Dnepropetrovskda doğulan Matveyev hərbi əməliyyatların Donbasın hüdudlarından kənara çıxmasından xəbər tutanda “çox təəccübləndiyini” və “şoka düşdüyünü” söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

17 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR