Onlayn ictimai-siyasi qəzet
Bu gündən etibarən Dünya Çempionatı 2026-nın ən gərgin mərhələsi başlayır. Artıq qrup mərhələsi arxada qalıb və turnirin ən həyəcanlı hissəsi - pley-off mərhələsidir. Məğlub olan komanda turnirlə vidalaşacaq, qalib isə 1/8 finala yüksələcək.

Kanada daha keyfiyyətli heyətə və daha güclü hücum xəttinə malikdir.

CAR isə intizamlı müdafiəsi və əks-hücumları ilə təhlükəlidir. Favorit kağız üzərində ev sahibidir.
Yaponlar sürətli və nizam-intizamlı futbol oynayır. Buna baxmayaraq, Braziliyanın fərdi ustalığı və hücum potensialı onu önə çıxarır.

Almaniya-Paraqvay cütlüyünə gəlincə, ikincilər döyüşkən komandadır, lakin Almaniyanın təcrübəsi və oyun keyfiyyəti onu üstün edir.
Mərakeş sürpriz etməyi bacaran komandadır, amma Niderland daha balanslı göründüyü üçün qalib göstərilir.
Fransa-İsveç dueli Braziliya-Yaponiya oyunu ilə yanaşı ən maraqla gözlənilən qarşılaşmadır.
İsveç intizamlı futbol oynasa da, Fransa heyət keyfiyyətinə görə aşkar favoritdir.

Meksikanın böyük turnir təcrübəsi üstünlük yaradır. Favorit Meksikadır.
İngiltərə-Konqo Demokratik Respublikası oyununda ingilislər bütün komponentlərdə rəqibini üstələyir.



İspaniya-Avstriya qarşılaşmasının birmənalı qalibi ispanlar görünür.
Çünki Avstriya sürpriz edə biləcək komanda təsiri bağışlasa da, topa nəzarətdə İspaniya daha güclüdür.
Portuqaliya-Xorvatiya oyununda keçmişlərdə "Real Madrid" komanda yoldaşı olan iki canlı futbol əfsanəsinin - Ronaldo və Modriçin həm də dueli olacaq. Futbolsevərlər iki müdhiş oyunçudan birinin dünya çempionatı ilə vidalaşmasına şahidlik edəcək. Bu, onların DÇ-də son göz yaşları olacaq...
Böyük təcrübəyə malik iki komanda arasında cüzi üstünlük Portuqaliyadadır.
Avstraliya-Misir milliləri güc baxımından yaxın komandalar olsa da, cüzi favorit Avstraliyadır.
Bir tərəfdə Messinin millisidir, digər tərəfdə 500 minlik ada dövləti, mundialın ən çox rəğbət qazanan ölkəsi dayanıb. Kabo Verdenin turnirdəki uğurlu çıxışı alqışa layiqdir. Amma Argentina aşkar favoritdir.
Afrikanın ən güclü kollektivlərindən biri ilə texnikalı Kolumbiyanın duelidir. Azacıq üstünlük Kolumbiyadadır.
Əvvəldə məlumat verdiyimiz kimi, pley-off mərhələsinin ilk qarşılaşması Cənubi Afrika Respublikası-Kanada görüşü olacaq. Hər iki komanda tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsində qələbə qazanmağa çalışacaq.

Kanada qrup mərhələsində daha inamlı təsir bağışlayıb və hücum xəttində Conatan Devid kimi fərq yaradan futbolçulara güvənir.
CAR isə müdafiədə intizamlı çıxışı və sürətli əks-hücumları ilə seçilir. Kağız üzərində Kanada favorit hesab olunsa da, pley-off oyunlarında bir səhv bütün taleyi həll edə bilər. Buna görə də ehtiyatlı və gərgin mübarizə gözlənilir. Əgər Kanada erkən qol vurmağı bacarsa, oyuna nəzarəti ələ keçirəcək. CAR isə hesabı uzun müddət qoruya bilsə, matçın əlavə vaxta və hətta penaltilər seriyasına qədər uzanması istisna deyil.
Cavanşir Abbaslı
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ