Onlayn ictimai-siyasi qəzet
Murad Arif istirahət üçün xaricə yollanıb.
Musavat.com xəbər verir ki, müğənni həyat yoldaşı ilə birlikdə İtaliyaya səfər edib. Cütlük dünyanın ən məşhur turizm məkanlarından biri hesab olunan füsunkar Komo gölünü ziyarət edərək burada xoş anlar yaşayıb.
Murad Arif səfər zamanı çəkilən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Paylaşımlarda cütlüyün Komo gölünün ecazkar mənzərələri fonunda gəzdiyi, İtaliyanın tarixi və təbiət gözəlliklərini kəşf etdiyi əks olunub.
Könül
Musavat.com
14 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ