Onlayn ictimai-siyasi qəzet
Naxçıvanda sərnişin avtobusu ilə minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.
Hadisə Naxçıvan–Şahbuz magistralının Babək rayonunun Şıxmahmud kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 67-BN-532 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobili ilə 75-AC-024 dövlət qeydiyyat nişanlı 8 nömrəli sərnişin avtobusu toqquşub.
Qəza nəticəsində Abbasov Abbas Rəsul oğlu, Vəliyev Bəylər Eldəniz oğlu və Hənifəyeva Yaqut Elsevər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
21 Iyul 2026
20 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ