İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirlik Şeyx Əbdülü ziyarət edəcək

“Xalq artisti Şeyx Əbdül Mahmudovun xəstəxanaya yerləşdirilməsi barədə məlumat almışıq və mütəmadi olaraq əlaqə saxlayırıq. Tezliklə nazirlik əməkdaşları Xalq artistini ziyarət edəcəklər.

Ümumiyyətlə, Şeyx Əbdül Mahmudovla Mədəniyyət Nazirliyinin münasibətləri həmişə çox yaxşı olub”.

Bu sözləri Musavat.com-a açıqlamasında mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib.

O əlavə edib ki, nazirlik bütün mədəniyyət xadimləri və onların fəaliyyəti, eləcə də səhhəti ilə bağlı məsələləri daim diqqətdə saxlayır.

Xatırladaq ki, ötən gün Xalq artisti, kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov səhhətində yaranmış ciddi problemlərlə bağlı xəstəxanaya yerləşdirilib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR