İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəhəng donanma İrana GEDİR, yəhudi diplomatın Bakıdan Tehrana ŞOK mesajı

Azərbaycana 40 nəfərlik heyətlə gəlmişik. Biz Azərbaycana investisiya yatırmaq istəyirik. Azərbaycan etibarlı ölkədir və tərəfdaşdır.

Musavat.com xəbər verir, bunu İsrailin xarici işlər naziri Gideon Saar mətbuat konfransında bildirib.

İsrail XİN başçısı İranla bağlı danışarkən deyib ki, regionun təhlükəsizliyi üçün lazımi tədbirlər görülməlidir:

“İran öz xalqına qarşı repressiya keçirir. Öz xalqına belə davranan rejimə kütləvi qırğın silahı əldə etməyə imkan vermək olmaz”.

Gideon Saar eyni zamanda ölkəmizi Ermənistanla əldə olunan sülh prosesi münasibətilə təbrik edib:

“İsrail Prezident İlham Əliyevə dost münasibətinə görə təşəkkür edir. Cənab nazir Ceyhun Bayramova da dostyana münasibətinə görə təşəkkür edirəm və sizi İsrailə səfərə dəvət edirəm”.

Qeyd edək ki, İran hərbi komandanlığı ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki bütün hərəkətlərini yaxından izləyir və ölkələrinin müdafiə qabiliyyətini gücləndirmək üçün lazımi tədbirlər görür.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə çoxsaylı hərbi gəmilərin yerləşdiriləcəyi ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Bəqayi deyib ki, regiona hansısa gəminin göndərilməsi İranın möhkəmliyi və suverenliyini qorumaq əzminə heç bir şəkildə təsir göstərməyəcək:
“İran İslam Respublikasının Silahlı Qüvvələri bütün hərəkətləri yaxından izləyir, eyni zamanda müdafiə qabiliyyətini gücləndirmək, milli suverenlik və ölkənin ləyaqətini qorumaqda vaxt itirmir”.

Donald Tramp yanvarın 23-də ABŞ-nin İranı izlədiyini və bölgəyə böyük miqyasda qüvvə yerləşdirdiyini açıqlayıb. O, bu istiqamətdə nəhəng hərbi donanmanın hərəkət etdiyini bildirib. Amerika lideri dəfələrlə İrana güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyi barədə xəbərdarlıq edib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə ilə müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR