Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkələrdə yayılan qeyri-adi video qısa müddətdə milyonlarla baxış toplayaraq geniş rezonans doğurub.
Musavat.com xəbər verir ki, Belarusdan olan gənc qadın inanılmaz dərəcədə böyük ölçüyə malik donuz piyini (salo) nümayiş etdirib və kadrlardakı görüntülər izləyiciləri heyrətə salıb.
Qadının sözlərinə görə, piyi xüsusi üsulla hazırlayıb və nəticədə son dərəcə yumşaq, “kərə yağı kimi kəsilən” və çox dadlı məhsul alınıb. Videoda nəhəng piy parçasının bıçaqla asanlıqla dilimlənməsi sosial şəbəkə istifadəçilərinin əsas müzakirə mövzusuna çevrilib.
İzləyicilər şərhlərdə həm piyin qeyri-adi ölçüsünü, həm də bu qədər yumşaq olmasının səbəblərini müzakirə edir, bəziləri isə görüntüləri “Şərqi Avropanın kulinariya möcüzəsi” adlandırır.
Video təkcə Belarusda deyil, region ölkələrində də sürətlə yayılaraq viral trendə çevrilib.
Musavat.com
20 Iyul 2026
19 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ