İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: "Livanın cənubundan geri çəkilməyəcəyik"

İsrailin baş naziri Benjamin Netanyahu İsrail ordusunun Livanın cənubundakı mövqelərini tərk etməyəcəyini bəyan edib.

Musavat.com xəbər verir ki, işğal altındakı West Bank ərazisində keçirilən tədbirdə çıxış edən Netanyahu bildirib ki, İsrail hərbçiləri Livan ərazisində yaradılan "təhlükəsizlik zonası"ndan ehtiyac olduğu müddətdə çıxmayacaqlar.

Baş nazir İsrailin şimal sərhədlərinin təhlükəsizliyini əsas gətirərək ordunun Livandakı mövqelərini qorumaqda davam edəcəyini vurğulayıb.

İsrail mətbuatının məlumatına görə, Təl-Əviv administrasiyası Livandakı hərbi mövcudluğunu davam etdirmək məqsədilə ABŞ ilə intensiv danışıqlar aparır.

Tramp: Netanyahu ilə Livan məsələsində fikir ayrılığımız var

Netanyahunun açıqlaması ABŞ prezidenti Donald Trumpın G7 sammiti çərçivəsində səsləndirdiyi fikirlərdən sonra gəlib.

Tramp İsrailin Hizbullaha qarşı əməliyyatlarında bəzən həddindən artıq gücdən istifadə etdiyini bildirib və deyib:

"Netanyahu yaxşı insandır. Bəzən emosional davranır, amma yaxşı tərəfdaşdır. Livan məsələsində kiçik fikir ayrılığımız var. Ona deyirəm ki, "Hizbullah"dan bir nəfər binaya daxil oldu deyə hər dəfə bütün binanı dağıtmağa ehtiyac yoxdur. Buna baxmayaraq, tərəfdaşlığımız möhtəşəmdir".

ABŞ və İran arasında memorandum imzalanıb

Məlumata görə, ABŞ və İran arasında 14 maddədən ibarət memorandum imzalanıb. Sənəd Donald Tramp və Məsud Pezeshkian tərəfindən təsdiqlənib.

Memoranduma əsasən, tərəflər Livan da daxil olmaqla müxtəlif cəbhələrdə münaqişələrin dayandırıldığını elan ediblər. Həmçinin ABŞ və İran Livanın ərazi bütövlüyü və suverenliyinin qorunmasına dəstək verəcəklərini bəyan ediblər.

İsrail ordusu yeni xəritə yayıb

İsrail ordusu isə son saatlarda Livandakı nəzarət zonasının genişləndirildiyini göstərən xəritə paylaşıb.

Ordunun açıqlamasında bildirilib ki, "əməliyyat zərurəti" səbəbindən İsrail hərbçiləri Livan ərazisinin təxminən 10 kilometr dərinliyində yerləşən təhlükəsizlik zonasında yerləşdirilib.

Könül

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2026

26 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR