İnsanlara hürriyət, millətlərə istiqlal!

Nyu-York metrosunda qolu və ayağını itirən tələbəyə 82 milyon dollar təzminat

Bruklin məhkəməsi 2016-cı ildə dəhşətli metro hadisəsində ağır şikəst qalan braziliyalı tələbə Luiza Yanssen Xarqer da Silvaya 82 milyon dollar təzminat ödənilməsi barədə qərar verib.

Musavat.com bildirir ki, 21 yaşlı Silva «Atlantic Avenue» stansiyasında sevgilisi ilə birlikdə dayanarkən ani olaraq huşunu itirib və yoldan keçən qatarın altına yıxılıb.

Hadisə nəticəsində o, həm bir qolunu, həm də bir ayağını itirib.

Məhkəmədə bildirilir ki, nəqliyyat idarələri platformalardan yıxılma ilə bağlı əvvəldən xəbərdar olsalar da, kifayət qədər təhlükəsizlik tədbirləri görülməyib. Məhz bu səbəbdən andlılar Silvanın xeyrinə qərar çıxarıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR