İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Məkkə sazişinə qoşulacaq? – Nonsens, yoxsa...


İran Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın kollektiv müdafiə haqqında Məkkə sazişinə qoşulmaq üçün dəvət alıb. Bu barədə İran parlamentinin mətbuat xidmətinin rəhbəri Mehdi Rəhimi "Al Mayadeen" telekanalına müsahibəsində bildirib.

Məkkə Birgə Müdafiə Sazişi - JAMnews

Rəhiminin sözlərinə görə, İran hakimiyyəti hazırda bu təklifi nəzərdən keçirir. O, region ölkələrinin "təhlükəsizlik çətiri" yaratmaq cəhdini "İran üçün qələbə" adlandırıb və vurğulayıb ki, Tehran uzun müddətdir bu cür təşəbbüsü müdafiə edirdi. Rəhimi həmçinin bəyan edib ki, İranla münaqişədə ABŞ-yə kömək edən istənilən ölkə buna görə məsuliyyət daşıyacaq.

Qeyd edək ki, avqustun 7-də Məkkədə Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri kollektiv müdafiə haqqında saziş imzalayıblar. Razılaşmaya əsasən, üç ölkədən birinə hücum sazişin bütün iştirakçılarına hücum kimi qiymətləndiriləcək. Sənədi ABŞ prezidenti Donald Tramp da dəstəkləyib.

SEPAH komandirləri məhv edildi – ADLAR – FOTO - Turkustan.az

İranın Məkkə sazişinə qoşulması mümkündürmü? Bu anlaşma elə İran təhlükəsinə qarşı yaradılmayıbmı?

Professor Qabil Hüseynli İrana rəsmi dəvət gəlməsi haqda xəbər yayılmadığını bildirib. Onun sözlərinə görə, madam ki İran belə deyir, Məkkə sazişinə qoşulması nəzərdən keçirilə bilər. Ancaq professor İranın da bu ittifaqda iştirak edəcəyinə bir o qədər inanmır. Onun fikrincə, Səudiyyə Ərəbistanı amili əngəl ola bilər:

"İranın Pakistanla əlaqələri normaldır. Hətta İslamabad vasitəçilik edərək ABŞ ilə memorandum imzalandı. Eləcə də Türkiyə ilə münasibətlər yaxşıdır. Amma İran Səudiyyə Ərəbistanı ərazisinə də zərbələr endirib, münaqişə dövründə Ər-Riyadı ittiham edib. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı və İran münasibətləri illər sürən gərginlikdən sonra Çinin vasitəçiliyi ilə 2023-cü ildə bərpa olunub. Səudiyyə Ərəbistanı Tehranı şiəliyi dəstəkləməkdə, İran isə Ər-Riyadı şiə azlığının hüquqlarını pozmaqda ittiham edir. Bununla yanaşı Həcc ziyarətinin həyata keçirilməsində iranlı zəvvarlar üçün müəyyən problemlər yaranır. Səudiyyədə şiə alimin edamı da münasibətlərdə gərginliyə səbəb olmuşdu. Həmçinin bu ölkənin Tehranda səfirliyi, Məşhəddə konsulluğu hücuma məruz qalıb və bu da əlaqələri pisləşdirib. Bu baxımdan, İranın Məkkə sazişinə qoşulacağına şübhə edirəm. Amma niyə də olmasın, 4 müsəlman ölkəsinin birliyi regionda stabilliyin davamlı olmasına gətirib çıxara bilər".

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Qabil Hüseynli hesab edir ki, hələlik sazişi imzalayan ölkələrdən rəsmi açıqlama yoxdur: "Azərbaycan nöqteyi-nəzərdən burada zərərli hal görmürəm. Biz maraqlıyıq ki, müsəlman ölkələri arasında birlik güclənsin. Həmçinin, İranın bu sazişə qoşulması onun əl-ayağını yığa, təhdidlərini azaltmasına səbəb ola bilər. Sazişə qoşulan ölkələrdən ikisi bizimlə müttəfiq, biri də dost ölkədir. İran da hərbə-zorba siyasətini bir kənara qoymalı, regionda inkişafa xidmət edən proseslərə qoşulmalıdır. Bütün hallarda biz İrandan verilən bu açıqlamadan sonra Məkkə sazişinə qoşulan ölkələrin də rəyini gözləməliyik. Nəzərə alaq ki, bu sazişi Tramp da dəstəkləyib və İranı orada görmək istədiyini düşünmürəm".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR