Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.
Musavat.com xəbər verir ki, bu türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biridir. IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilən türbə özünəməxsus memarlıq həlli ilə seçilir.
Abidənin əsas tikinti və bədii tərtibat materialı bişmiş kərpicdir. Tədqiqatçılar burada kərpic hörgüsünün 18 müxtəlif növünü müəyyən ediblər. Ənənəvi olaraq hesab edilir ki, burada Samanilər sülaləsinin banisi və ən görkəmli nümayəndələrindən biri İsmayıl Samani, onun atası və nəvəsi dəfn olunub.
***
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.
Musavat.com xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ