İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar anlamalıdırlar ki, bu cəhdlər əbəsdir- Deputat

Deputat Ceyhun Məmmədov Milli Məclisin iclasında çıxış edərək dövlət başçısının Qarabağ səfərindən danışıb.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, dünən Prezident İlham Əliyev ailəsi ilə birlikdə Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi, sakinlərlə görüşdü, mühüm mesajlar verdi:

“Azərbaycan xalqı tarix boyu bir çox soyqırımı aktlarına, qətliam və faciələrə məruz qalıb. Ancaq heç bir cəhd bu millətin iradəsini qıra, haqq yolundan döndərə bilmədi. Bu gün dünyada yüzlərlə münaqişə var, ancaq onların heç biri tam həllini tapmayıb. Azərbaycan yeganə dövlətdir ki, torpaqlarını azad edib, qələbəsini tam təmin edib.

Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, revanşistlər anlamalıdırlar ki, bütün cəhdlərin qarşısı çox qətiyyətlə alınacaq”.

C.Məmmədov qeyd edib ki, bu gün Azərbaycan həmin Azərbaycan deyil: “Heç kim Azərbaycanın səbrini sınağa çəkməsin. Bu gün Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda canını fəda edən bütün vətən övladlarının, o cümlədən Xocalı şəhidlərinin ruhu şaddır. Artıq qisas alınıb, onların qanı yerdə qalmayıb.
Son illər Azərbaycan Xocalı soyqırımının tanıdılması üçün böyük işlər görüb, mühüm addımlar atıb və atılmaqdadır”.

C.Məmmədov digər məqama da diqqət çəkib: “Bu gün həm də gördüyümüz kimi, bir qrup Azərbaycanın inkişafını görmək istəməyən qruplar bu qələbəni unutdurmağa çalışırlar. Bunun üçün bütün güclərini işə salıblar.

Ziddiyyətli məqam odur ki, bu gün müxtəlif ölkələrin liderləri Cənab Prezident haqqında yüksək fikir söylədikləri halda bu qruplar xalqımızın bütün dəyərlərini ayaq altına ataraq ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar. Onlar anlamalıdırlar ki, bu cəhdlər əbəsdir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR