Onlayn ictimai-siyasi qəzet
Müğənni Zamiq Hüseynov paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, sənətçi foto paylaşaraq bəzi şəxsləri tənqid edib:
“Bəzən deyirsən ki, görəsən, bu instaqramdakılar hər gün qlamur, lüks, dəbdəbəli həyat yaşayırlar? Yox, əlbəttə, elə deyil! Onların çoxu travmalı insanlardır, amma gözəl, sadə məqamları paylaşmaqdan utanırlar. Fikirləri, xəyalları o qədər yüksəkdədir ki, çox incə, gözəl anları yaşaya bilmirlər. Həyat çox gözəldir, hər anını gözəl yaşayın. Həyatınızı yalan gözəlliklərlə deyil, real olduğu kimi gözəlləşdirin və yaşayın”.
Könül
Musavat.com

08 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ