Onlayn ictimai-siyasi qəzet
Əməkdar artist Dilarə Əliyeva “Zarafat bir yana” verilişində qonaq olub.
Musavat.com xəbər verir ki, aktrisa mərhum həyat yoldaşı Oqtay Əliyevin onun yaradıcılığındakı rolundan danışıb.
Dilarə Əliyeva bildirib ki, həyat yoldaşı onun sənət yolunda çox böyük rol oynayıb:
“Oqtay olmasaydı, mənim bu yerlərə gəlməyim çox çətin, bəlkə də mümkünsüz olardı. Düşünürəm ki, mən onun sənət əsəriyəm. Çünki o mənə bu meydanı verdi, şəraiti yaratdı, mən də ondan məmnuniyyətlə yararlandım. Oqtay mənim istedadımın ən böyük heyranı idi. Əgər təzə tanış olanda o bunu hiss etməsəydi, yəqin ki, mən onunla bir araya gəlməyəcəkdim.
Mən onun mənim istedadıma olan heyranlığına daha çox vuruldum. Onun yanaşması çox doğru idi — mənim özümdən əvvəl istedadımı sevmişdi, mənə aktrisa kimi yanaşmışdı. Daha sonra məni sevdi. Mən də anladım ki, o, mənim həyatımın vacib insanıdır, çünki sənətimi sevir. Mən də onu sevdim və bu, mənə bəs edirdi”.
Könül
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ