İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban: 2026-cı ildə Ukrayna münaqişəsinin həllini gözləyirik

Macarıstanın baş naziri Viktor Orban 2026-cı ildə Ukraynadakı münaqişənin nizamlanacağına ümid etdiklərini bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, müharibə başa çatdıqdan sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyalar ləğv edilməlidir.

“Biz hesab edirik ki, Ukraynadakı müharibə dayandırıldıqdan sonra Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır”, – deyə Orban vurğulayıb.

Macarıstan hökumətinin başçısı xatırladıb ki, Macarıstan uzun müddətdir Avropa İttifaqının sanksiya siyasətinə qarşı çıxır. Onun fikrincə, bu siyasət təkcə Rusiyaya deyil, bütövlükdə Avropa iqtisadiyyatına ciddi ziyan vurur.

Orbanın sözlərinə görə, sanksiyalar enerji qiymətlərinin artmasına, sənaye və istehsal sahələrində problemlərə səbəb olub və Avropa ölkələri bunun mənfi nəticələrini artıq hiss edir.

O, Budapeştin gələcəkdə də münaqişənin diplomatik yollarla həllini və iqtisadi məhdudiyyətlərin aradan qaldırılmasını müdafiə edəcəyini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR