İnsanlara hürriyət, millətlərə istiqlal!

Orban Brüsseli hədəfə aldı: “Ukraynaya 6 milyard avro vermək tam bir dəllilikdir”

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Ukraynaya 6 milyard avro ayırması barədə qərarını kəskin şəkildə tənqid edib və bunu açıq şəkildə “dəllilik” adlandırıb.

Musavat.com xəbər verir ki, Orbanın sözlərinə görə, Avropa vergi ödəyicilərinin pulları ya cəbhədə xərclənəcək, ya da guya “hərbi mafiyanın cibinə gedəcək”:

“Bu qərar — açıq-aşkar ağılsızlıqdır. Avropalıların pulu ya müharibədə yanacaq, ya da hərbi mafiyanın əlinə keçəcək,” — deyə o bildirib.

Macarıstan lideri bir daha Aİ-nin Kiyevə böyük maliyyə paketləri ayırmasına qarşı olduğunu vurğulayıb və Brüsselin bu siyasətinin Avropanı daha da dərin böhrana sürüklədiyini iddia edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR