Onlayn ictimai-siyasi qəzet
Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə görüşdən sonra Kreml qarşısındakı rus mətbəxi restoranında nahar edib.
Musavat.com xəbər verir ki, restorandan verilən məlumata görə, Orbanın süfrəsində qırmızı kürü ilə blinilər, donuz piyi, eləcə də sibir pelmenləri olub. Pelmenlərin içliyində mal əti, donuz əti, dovşan əti, soğan, kərə yağı və qara istiot istifadə edildiyi bildirilib.
Baş nazirə həmçinin Moskva üsulu borş təqdim edilib.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ