İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq nazirin MƏZARI AÇILDI: Ölümündə ŞÜBHƏLƏR - FOTO

Türkiyənin keçmiş nəqliyyat naziri Arif Ahmet Denizolğunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində İstanbulun Bakırköy Baş Prokurorluğunun tələbi əsasında məzarın açılması prosesi başa çatıb.

Musavat.com TRT Haber-ə istinadən xəbər verir ki, sabiq nazirin ölümü ilə bağlı qardaşı oğulları tərəfindən hüquq-mühafizə orqanlarına şikayət ərizəsi təqdim edilib.

Bakırköy Baş Prokurorluğu Denizolğunun məzarının açılaraq məhkəmə-tibbi ekspertiza aparılmasını tələb edib. Qərar əsasında İstanbulun Karacaahmet qəbiristanlığında məzarın açılması prosesi həyata keçirilib.

Prokuror və hadisə yeri üzrə araşdırma qrupunun əməkdaşlarının iştirakı ilə aparılan proses təxminən 3 saat davam edib.

Mütəxəssislərin məzardan götürdüyü DNT nümunələri Məhkəmə Tibbi Ekspertizası İnstitutuna aparılıb. Ölümün təbii səbəblərdən baş verib-vermədiyi elmi və məhkəmə-tibbi məlumatlar əsasında yenidən araşdırılacaq.

Qeyd edək ki, Denizolğun 6 sentyabr 2016-cı ildə vəfat edib. ANASOL-D koalisiyası hökumətində nəqliyyat naziri vəzifəsini tutan Denizolğlunun ölümü ilə bağlı müxtəlif iddialar gündəmə gəlib.

Musavat.com

Eski Bakan Denizolgun'un mezarı açıldı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR