Onlayn ictimai-siyasi qəzet
Yaponiyada alıcılara adi alış-veriş əvəzinə qeyri-adi oyun təklif edən mağaza fəaliyyətə başlayıb.
Musavat.com xəbər verir ki, mağazaya gələn şəxs əvvəlcə müəyyən edilmiş sabit məbləği ödəyir. Bundan sonra ona cəmi 60 saniyə vaxt verilir. Bu müddət ərzində iştirakçı mümkün qədər çox şirniyyat götürməyə çalışmalıdır.
Ancaq oyunun əsas şərti kameralarla bağlıdır. İştirakçının şirniyyatları götürdüyü təhlükəsizlik kameraları tərəfindən qeydə alınarsa, həmin məhsulları özü ilə apara bilməz.
Yalnız kameralara görünmədən “oğurlamağı” bacardığı şirniyyatlar onun olur. Beləliklə, mağaza adi alış-verişi 60 saniyəlik gizlənqaç və “oğurluq” oyununa çevirib.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ