Onlayn ictimai-siyasi qəzet
Rusiyada qarabaşağın qiyməti son bir ildə 11,2 faiz artaraq kiloqramı 85,6 rubla (təxminən 1,70 manat) çatıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Federal Dövlət Statistika Xidmətinin (Rosstat) məlumatlarına istinadən bildirilir.
Son aylarda qarabaşağın bahalaşma tempi də sürətlənib. Belə ki, iyulun ortalarında illik qiymət artımı 4,6 faiz səviyyəsində qiymətləndirilirdisə, iyunda bu göstərici cəmi 2,8 faiz idi.
Son məlumatlara əsasən isə illik bahalaşma artıq 11,2 faizə yüksəlib və qarabaşağın 1 kiloqramının orta qiyməti 85,6 rubla (təxminən 1,70 manat) çatıb.
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ