Onlayn ictimai-siyasi qəzet
Latviya sərhədçiləri Belarusla sərhəd yaxınlığında qeyri-adi qanunsuz keçid cəhdinin qarşısını alıblar. Yeraltı tuneldən istifadə edən 28 nəfər saxlanılıb.
Musavat.com xəbər verir ki, hadisə Latviyanın Kraslava bölgəsində qeydə alınıb.
Sərhədçilər Belarus sərhədindən cəmi 20 metr aralıda yeraltı tunel aşkarlayıblar. Tunelin girişi diqqət çəkməməsi üçün mamırla ustalıqla gizlədilib.
Məlumata görə, 28 nəfər məhz bu tuneldən keçərək Belarus ərazisindən Latviyaya daxil olmağa cəhd göstərib. Onların hamısı sərhədçilər tərəfindən saxlanılıb və yenidən Belarusa göndərilib.
Bildirilir ki, bu, Latviya–Belarus sərhədində aşkarlanan artıq ikinci belə yeraltı tuneldir.
Musavat.com
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ