İnsanlara hürriyət, millətlərə istiqlal!

Göylərdən sonra suyun altı da Türkün nəzarətində – KILIÇ səhnəyə çıxdı

Türkiyənin müdafiə sənayesi daha bir mühüm yeniliyə imza atıb. ASELSAN KILIÇ adlı avtonom pilotsuz sualtı aparatını təqdim edib.

Musavat.com xəbər verir ki, ASELSAN-ın baş direktoru Ahmet Akyol dünyada yalnız bir neçə ölkənin belə sistemlər istehsal edə bildiyini bildirib.

Onun sözlərinə görə, KILIÇ suyun altında avtonom şəkildə hərəkət etmək və düşmən hədəflərini zərərsizləşdirmək imkanına malikdir.

Yeni sistem Türkiyənin pilotsuz müdafiə texnologiyalarındakı imkanlarını göylərdən dənizlərin dərinliklərinə qədər genişləndirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Avqust 2026

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR