Onlayn ictimai-siyasi qəzet
Türkiyə Superliqasında "Gençlerbirliği" ilə görüşü zədə səbəbindən buraxan "Qalatasaray"ın hücumçusu Viktor Osimhenin vəziyyəti ilə bağlı yeni detallar məlum olub.
Nigeriyalı futbolçu Çempionlar Liqasındakı "Royal Union" qarşılaşmasında da komandasına kömək edə bilməyəcək. Zədəsini bərpa edən Osimhen hazırda fərdi şəkildə, zalda məşqlərlə kifayətlənir.
Bununla belə, onun Superliqanın XIV turunda keçiriləcək "Fənərbağça" - "Qalatasaray" derbisində oynayıb-oynamayacağı hələ də dəqiqləşməyib.
Xatırladaq ki, mövsümün ən gözlənilən qarşılaşmalarından biri olan derbi dekabrın 1-də "Fənərbağça"nın stadionunda baş tutacaq.**Milli.Az
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ