Onlayn ictimai-siyasi qəzet
Uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən bəzi qurumların akkreditasiyadan keçməsi məcburidir.
Musavat.com xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin açıqladığı məlumatda bildirilib.
Qeyd olunub ki, texniki reqlamentdə və digər normativ-hüquqi aktlarda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın, xidmətin, işin, prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların akkreditasiyası məcburidir.
Bundan başqa, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və ya xidmətlər göstərmək üçün akkreditasiyası tələb olunan qurumlar da məcburi qaydada akkreditasiyadan keçməlidir.
Agentliyin məlumatına görə, akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilə bilər.
18 Avqust 2026
01:54 ABŞ və Ukrayna arasında məxfi xətt tam gücü ilə bərpa edildi – Rusiya daxilində nə hazırlanır?
17 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ