İnsanlara hürriyət, millətlərə istiqlal!

“Öz nəvələrini xarici vətəndaş edib, başqalarının uşaqlarını müharibəyə göndərir” – Koçaryana sərt zərbə

Ermənistanda sabiq prezident, Xocalı qatili Robert Koçaryan ətrafında növbəti qalmaqal yaşanır.

Musavat.com xəbər verir ki, Ermənistanın baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan Koçaryanı ölkə üçün ciddi təhlükə adlandıraraq onun revanşist ritorikasını kəskin tənqid edib.

Çaxoyan bildirib ki, Koçaryan suveren Ermənistan ərazisi ilə kifayətlənmir və cəmiyyəti yeni müharibə risklərinə sürükləyən açıqlamalar verir. Erməni rəsmisi xüsusilə sabiq prezidentin məsuliyyətsiz mövqeyinə diqqət çəkib.

“Yaxşı olardı ki, Koçaryan açıq desin: kimə qarşı müharibə aparmaq niyyətindədir. Daha da vacibi, bu müharibə hansı uşaqların qanı bahasına başa gələcək? Axı o, öz nəvələrini xarici ölkələrin vətəndaşı edib”, – deyə Taron Çaxoyan vurğulayıb.

Onun sözlərinə görə, Koçaryan yalnız müharibə çağırışları ilə kifayətlənməməli, eyni zamanda belə bir qarşıdurmanın Ermənistan üçün hansı fəlakətli nəticələr doğura biləcəyini də izah etməlidir.

Ermənistan rəsmisi hesab edir ki, bu cür yanaşma ölkəni təhlükəli ssenarilərə sürükləyir və sabiq prezident artıq real təhlükə mənbəyinə çevrilib:

“Robert Koçaryan Ermənistan Respublikası üçün gəzən təhlükədir”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR