İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan Bakıda keçirilən din xadimlərinin Forumunda təmsil olunur  

Özbəkistan Respublikasının Prezidentinin Dövlət müşavirinin müavini, Beynəlxalq İslam Akademiyasının rektoru Müzəffər Kamilov Bakıda keçirilən Azərbaycan Din xadimlərinin Forumunda iştirak edir.

Musavat.com-un xəbərinə görə Müzəffər Kamilov çıxışında  deyib ki, tarixən bütün dövrlərdə dinin cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrinə müdaxilə etməsini dəstəkləyən qüvvələr mövcud olub:

“Bəzən bu iki tərəf arasındakı münasibətlər o qədər gərginləşib ki, bütöv ölkələri çaşqınlıq və nadanlıq burulğanına sürükləyib.

Dövlət–din münasibətlərinin daha bir mühüm xüsusiyyəti isə dinin siyasiləşdirilməməsidir.

Axı istənilən din, ilk növbədə, mənəvi-əxlaqi bir hadisədir. Heç bir din öz-özlüyündə xalqın sosial-iqtisadi, siyasi və mədəni həyatının bütün aspektlərini əhatə etmək iddiasında olmur".

Özbəkistanlı qonaq qeyd edib ki, İslamda sekulyarizm dinə yad anlayış kimi nəzərdən keçirilmir. İslamın müqəddəs mənbələri - Qurani-Kərim və Sünnə - sekulyarizm prinsiplərinin də əsasını təşkil edir”.

Natiq çıxışında Azərbaycanda, Özbəkistanda, Türkiyədə və digər türk dövlətlərində İslam dini ilə yanaşı digər dünyəvi dinlərin təmsilçilərinin rahat, azad yaşadıqlarını, fəaliyyətlərinə dövlətin yüksək şərait yaratdığını vurğulayıb.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR