Onlayn ictimai-siyasi qəzet
İrəvanda Respublika meydanında "Güclü Ermənistan" blokunun mitinqi keçirilib.
Musavat.com xəbər verir ki, tədbir zamanı meydanda boş səhifələrdən ibarət nəhəng kitab quraşdırılıb. Toplaşanlar gələcəkdə qəbul edilməsi nəzərdə tutulan və təşkilatçılar tərəfindən "Səfərov qanunu" adlandırılan qanun layihəsinə dəstək məqsədilə kitabda qeydlər aparıb və imza toplayıblar. Təşəbbüs müəlliflərinin bildirdiyinə görə, qanun layihəsi gələcəkdə azərbaycanlıların Ermənistanda daşınmaz əmlak əldə etməsinin qarşısını almağa yönəlib.
Paytaxtın mərkəzində həmçinin Azərbaycan dilində hazırlanmış videorolikliklərdən biri nümayiş etdirilib. Blok bunu güzəşt siyasətinin hansı nəticələrə gətirib çıxara biləcəyinə dair xəbərdarlıq kimi təqdim edib.
Blok nümayəndələrinin fikrincə, Ermənistanda 300 min azərbaycanlının məskunlaşması təhlükəsi realdır və buna görə də azərbaycanlıların ölkədə daşınmaz əmlak əldə etməsinə qanunvericilik səviyyəsində qadağa qoyulmalıdır.
Mitinq zamanı daha bir simvolik aksiya keçirilib. "Güclü Ermənistan" blokundan deputatlığa namizədlər Qərbi Azərbaycan xəritəsini ictimai şəkildə cırıblar.
"Güclü Ermənistan" blokunun siyahısında birinci olan Narek Karapetyan bildirib ki, iyunun 7-si ölkənin tarixi üçün həlledici gündür və vətəndaşları seçkilərdə iştirak etməyə çağırıb.
Onun sözləri ilə desək: "Gedin ki, onlar getsinlər."
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ