İnsanlara hürriyət, millətlərə istiqlal!

6 milyon dollarlıq ən bahalı banan belə oğurlandı

Fransanın Mets şəhərindəki Pompidu-Mets Mərkəzindən italiyalı rəssam Mauritsio Kattelanın məşhur “Komediant” (“Comedian”) adlı sənət əsəri oğurlanıb.

Musavat.com xəbər verir ki, divara skotçla yapışdırılmış bananın yoxa çıxması mayın 30-da səhər saatlarında muzeyin mühafizəçisi tərəfindən aşkar edilib. Hadisə ilə bağlı polisə məlumat verilib və cinayət işi açılıb.

Bununla belə, muzey instalyasiyanı dərhal bərpa edərək bananı yenisi ilə əvəz edib. Əsərin konsepsiyasına uyğun olaraq bananlar mütəmadi dəyişdirilir, çünki onlar ya çürüyür, ya da ziyarətçilər tərəfindən yeyilir.

“Komediant” əsəri ilk dəfə 2019-cu ildə təqdim olunub. 2024-cü ildə isə o, hərracda 6,24 milyon dollara satılıb. Əsərin alıcısı kriptoinvestor Castin San olub. O, satınalmadan sonra tamaşaçıların gözü qarşısında bananı divardan qopararaq yeyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR