İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml İrəvanda məyus oldu: mitinqə gözlənilən kütlə toplanmadı - Foto

İrəvanda keçirilən “Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyanın mitinqində iştirak edənlərin sayı ilə bağlı yeni rəqəmlər açıqlanıb.

Musavat.com xəbər verir ki, Ermənistanın “Məlumatlı Vətəndaşlar Birliyi” təşkilatının dron çəkilişləri əsasında apardığı hesablamaya görə, saat 20:16 vəziyyətinə meydanda və ətraf ərazilərdə təxminən 17 min 500 nəfər olub.

Məlumata görə, ağacların altında olan şəxslər bu hesablamaya daxil edilməyib. Sayım iştirakçıların fərdi şəkildə hesablanması üsulu ilə aparılıb. 

a443ab17-9fff-4fe1-8559-180082431a94.jpg (295 KB)

Digər hesablamalarda isə mitinq iştirakçılarının sayı təxminən 14 min nəfər göstərilib. Beləliklə, müxtəlif mənbələrin açıqladığı rəqəmlər arasında ciddi fərq olmadığı bildirilir.

Mitinqdən əvvəl aksiyanın daha böyük kütlə toplayacağı gözlənilsə də, açıqlanan rəqəmlər iştirakçı sayının bu gözləntilərdən aşağı olduğunu göstərir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR