İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əhmədli" stansiyasında sərnişin qatar yoluna DÜŞDÜ

Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.

Musavat.com xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, həmin şəxs dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, əraziyə təcili tibbi yardım briqadası çağırılıb.

Şəxsin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR