Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyi Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın ölkədən qaçan Rusiya vətəndaşları ilə bağlı səsləndirdiyi fikirlərə kəskin reaksiya verib.
Musavat.com xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın "cəbhəyə getmək istəməyən Rusiya vətəndaşlarını qəbul etməyə hazır olduğu" barədə bəyanatlarını təxribat xarakterli adlandırıb.
Rusiya diplomatiyasının təmsilçisi bildirib ki, Simonyanın bu cür çıxışları mahiyyətcə Rusiya vətəndaşlarını qanunsuz əməllərə sövq edir və ənənəvi erməni qonaqpərvərliyinə toksik siyasi çalarlar qazandırır.
Mariya Zaxarova əlavə edib ki, Ermənistan rəsmisinin bu fikirləri İrəvanın hər vəchlə Qərbə və Kiyev rejiminə yaltaqlanmaq, onlara xidmət etmək istəyinin bariz sübutudur.
Moskva tərəfi Rusiyada yeni səfərbərlik dalğası barədə şayiələrin dəfələrlə təkzib edildiyini xatırladaraq, İrəvanı ikiölkəli münasibətlərə xələl gətirən ritorikadan çəkinməyə çağırıb.
Musavat.com
30 Avqust 2026
01:12 Türkiyədən Yunanıstana “hərbi xəritə” şoku – Afinanın gizli bazaları bir-bir üzə çıxdı - VİDEO
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ