İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtondan Kiyevlə bağlı kəskin xəbərdarlıq: Ukraynada iğtişaş təhlükəsi kəskin artdı

ABŞ Dövlət Departamenti Ukraynaya səfər etmək istəyən və ya hazırda bu ölkədə olan vətəndaşlarına müraciət edərək iğtişaşlar və kütləvi həyəcanlar təhlükəsinin yüksəldiyi barədə xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Amerikanın xarici siyasət idarəsi Ukraynaya dair səyahət təhlükəsizliyi tövsiyələrində yalnız bir yeniləmə apararaq "iğtişaşlar" (unrest) indikatoru üzrə riski artırıb.

Dövlət Departamenti ABŞ vətəndaşlarına nümayişlərdən, etiraz aksiyalarından və insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağı tövsiyə edib. Bununla yanaşı, Ukrayna üçün ümumi səyahət xəbərdarlığı səviyyəsi dəyişməz olaraq ən yüksək həddə – "Level 4: Do Not Travel" (4-cü səviyyə: Səfər etməyin) səviyyəsində saxlanılıb.

Birləşmiş Ştatların diplomatik qurumu iğtişaş təhlükəsi altında konkret olaraq hansı hadisələrin və ya siyasi gərginliyin nəzərdə tutulduğunu təfərrüatı ilə açıqlamayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR