İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər kəs 74 yaşlı İbrahim Tatlısəsin bu görüntüsündən danışır - FOTO

Məşhur müğənni İbrahim Tatlısəs son görüntüsü ilə gündəmə gəlib.

Musavat.com Türkiyə mətbuatına istinadla xatırladır ki, 74 yaşlı Tatlısəs xaricdəki konsert proqramlarını başa vurduqdan sonra İstanbuldakı evində özünü pis hiss edərək xəstəxanaya yerləşdirilmişdi.

Reanimasiya şöbəsində müalicə alan sənətçiyə öd kisəsində yaranan infeksiya səbəbilə cərrahi müdaxilə edilmişdi.

ibrahim-tatlisesin-son-hali-se-20186382-8651_1_m.jpg (54 KB)

Aprelin 22-də xəstəxanadan evə buraxılan Tatlısəs fizioterapiya müalicəsinə başlayıb. Sənətçi müalicəsini Ankarada davam etdirib.

Müalicə prosesini başa vurduqdan sonra yay tətilinə çıxan Tatlısəs bir pərəstişkarı ilə foto çəkdirib. Sosial mediada yayılan həmin görüntü qısa müddətdə geniş müzakirələrə səbəb olub.

ibrahim-tatlisesin-son-hali-se-20186382-5201_1_m.jpg (41 KB)

Fotoda sənətçinin xüsusilə çəkisindəki dəyişiklik diqqət çəkib. Bu paylaşımdan sonra sosial mediada “İbrahim Tatlısəs yenidən xəstələnib?”, “İbrahim Tatlısəsə nə olub?” kimi çoxsaylı şərhlər yazılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR