Onlayn ictimai-siyasi qəzet
Zəlzələ proqnozları və açıqlamaları ilə tanınan professor Şener Üşümezsoy bu dəfə fərqli görüntüsüylə gündəmə gəlib.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, iştirak etdiyi mükafatlandırma mərasimində səhnəyə dəvət olunan 76 yaşlı professor gözlənilmədən üst geyimini çıxararaq əzələlərini nümayiş etdirib.
Üşümezsoyun bu hərəkəti salondakı qonaqlar arasında təəccüb doğurub.
Professor bu hərəkətini belə ifadə edib: “Öləcəyik, amma belə gənc olaraq ölməliyik”.
Şener Üşümezsoyun bu sözləri və səhnədəki gözlənilməz görüntüsü tədbirin ən çox diqqət çəkən anlarından biri olub.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ