Onlayn ictimai-siyasi qəzet
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılmasından sonra tələbələrin digər ali təhsil müəssisələrində təhsillərini davam etdirməsi üçün köçürülmə prosesi həyata keçirilib.
Musavat.com Azxeber.com-a istinadla xəbər verir ki, universitetdən verilən məlumata görə, 366 bakalavr tələbəsindən 191-i Azərbaycan Universitetinə, 175-i isə Odlar Yurdu Universitetinə köçürülüb.
Azərbaycan Universitetinə köçürülən 191 tələbənin ixtisaslar üzrə bölgüsü:
Coğrafiya müəllimliyi - 8 nəfər
Tarix müəllimliyi - 29 nəfər
Təhsildə sosial-psixoloji xidmət - 57 nəfər
Filologiya (Azərbaycan dili və ədəbiyyatı) - 29 nəfər
Tarix - 28 nəfər
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi - 40 nəfər
Odlar Yurdu Universitetinə köçürülən 175 tələbə üzrə isə:
İbtidai sinif müəllimliyi
Məktəbəqədər təhsil - 39 nəfər
Psixologiya - 35 nəfər
Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi - 31 nəfər
Riyaziyyat və informatika müəllimliyi
Xarici dil müəllimliyi (ingilis dili) - 41 nəfər
Filologiya (İngilis dili və ədəbiyyatı) - 29 nəfər
Magistratura üzrə isə 49 tələbənin köçürüldüyü göstərilir. Onların 49-u Pedaqogika ixtisası üzrədir.
Beləliklə, təqdim olunan sənədə əsasən Bakı Qızlar Universitetinin ümumilikdə 415 tələbəsi Azərbaycan Universiteti və Odlar Yurdu Universitetində təhsilini davam etdirəcək.
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ