Onlayn ictimai-siyasi qəzet
Pakistan ordusu sərhəd bölgəsində "Taliban" mövqelərinə qarşı tank əleyhinə idarə olunan raketin buraxılması anının görüntülərini yayımlayıb.
Musavat.com xəbər verir ki, rəsmi İslamabad əməliyyatın sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirildiyini bildirib. Yayılan kadrlarda hədəfin dəqiq vurulduğu iddia olunur.
"Taliban" isə öz növbəsində sərhəd xəttində on mövqenin ələ keçirildiyini və beş hərbi obyektin məhv edildiyini açıqlayıb. Hərəkat bölgədə vəziyyətin onların nəzarətində olduğunu iddia edir.
Pakistanın İnformasiya Nazirliyi isə Əfqanıstan tərəfdən böyük itkilərlə bağlı ilkin məlumatların daxil olduğunu bəyan edib. Rəsmi qurum əlavə təfərrüatların araşdırıldığını vurğulayıb.
Hazırda sərhəd bölgəsində vəziyyətin gərgin olaraq qaldığı bildirilir.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ