Onlayn ictimai-siyasi qəzet
Fransada Paris dövlət prokurorluğu sahibkar İlon Mask və onun rəhbərlik etdiyi Amerika şirkəti X-ə qarşı ilkin istintaq başladıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
Məlumata görə, 6 mayda X sosial şəbəkəsinin ana şirkəti, onun baş direktoru İlon Mask və 2025-ci ilin yayına qədər sosial şəbəkənin baş direktoru vəzifəsində çalışan Linda Yakkarinoya qarşı ilkin istintaq açılıb.
Bu, şirkət rəhbərliyinin Maskın platformaları tərəfindən qanun pozuntuları ilə bağlı könüllü dinləmələrə gəlməməsindən sonra baş verib. İndi prokurorluq milyarderi zorla məhkəməyə çağırmaqla hədələyir və əgər gəlməsə, onun barəsində həbs qərarı veriləəcək.
Daha əvvəl Fransa prokurorluğunun kibertəhlükəsizlik bölməsi parlament üzvü Erik Botorelin "qərəzli alqoritmlər" və Maskın platformanın idarəçiliyinə "aşkar müdaxiləsi" ilə bağlı şikayət ərizəsi təqdim etməsindən sonra, 2025-ci ilin yanvar ayında X-ə qarşı iş açmışdı.
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ