Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin strateji nəqliyyat infrastrukturunda yaranmış ciddi asılılıq problemini açıq etiraf edib.
Musavat.com xəbər verir ki, Paşinyan Ermənistan dəmir yolunun Rusiya tərəfinin idarəsində olmasının İrəvan üçün uzunmüddətli və təhlükəli nəticələr doğurduğunu bildirib.
Baş nazirin sözlərinə görə, mövcud beynəlxalq gərginlik fonunda bu vəziyyət Ermənistanın regional və beynəlxalq rəqabət imkanlarını zəiflədir. O xatırladıb ki, rəsmi İrəvan Rusiya tərəfinə Yerasxdan Azərbaycanla sərhədə — Naxçıvan istiqamətinə, eləcə də Ahurikdən Türkiyə sərhədinə qədər olan dəmir yolu xətlərinin bərpası ilə bağlı müraciət edib.
Paşinyan etiraf edib ki, söhbət qısa müddətli problemdən getmir və məsələ illərlə davam edə biləcək strateji risk daşıyır:
“Beynəlxalq vəziyyətin gərginliyi və Ermənistana məxsus dəmir yolunun Rusiya Dəmir Yolları tərəfindən idarə olunması səbəbindən biz rəqabət üstünlüyümüzü itirdiyimizi hiss edirik. Bu, 1–2 illik məsələ deyil. Uzunmüddətli həll tapmalıyıq və bunu dostcasına, qardaşlıq məntiqi ilə etməliyik”.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ