İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan qələbəsini elan etdi: "hökuməti təkbaşına quracağam"

Ermənistanda parlament seçkilərinin rəsmi yekun nəticələri hələ açıqlanmasa da, Baş nazir Nikol Paşinyan artıq qələbəsini elan edib.

Musavat.com xəbər verir ki, Paşinyan mətbuat konfransına məzmur (psalm) oxumaqla başlayıb və rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının seçkilərdə qalib gəldiyini bildirib.

O, partiyasının hökuməti təkbaşına formalaşdıracağını bəyan edib. Paşinyanın çıxışı zamanı özünəinamlı və qətiyyətli mövqe nümayiş etdirməsi diqqət çəkib.

Rəsmi nəticələr hələ tam elan olunmasa da, Ermənistanda 2505 seçki məntəqəsindən daxil olan ilkin məlumatların hakim komandanın sərəncamında olduğu ehtimal edilir. Müşahidəçilər Paşinyanın qələbə ilə bağlı bu qədər əmin danışmasını məhz ilkin protokollar üzrə əldə olunan nəticələrlə əlaqələndirirlər.

Qeyd edək ki, daha əvvəl yayılan exit-poll nəticələri və ilkin hesablamalar da “Vətəndaş Müqaviləsi” Partiyasının böyük üstünlüklə irəlidə olduğunu göstərirdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR