Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı beynəlxalq gücləri və İsrail hökumətini sərt şəkildə tənqid edib. Paşinyan qondarma "erməni soyqırımı" mövzusunun beynəlxalq siyasətdə geosiyasi alətə və silaha çevrilməsinə qarşı çıxıb.
Musavat.com xəbər verir ki, Baş nazir parlamentdəki çıxışında aşağıdakı fikirləri səsləndirib:
"Biz qərara gəldik ki, erməni soyqırımının beynəlxalq səviyyədə tanınması xarici siyasət gündəliyimizdə yer almamalıdır. Biz ictimaiyyətimizə bunun səbəbini izah etmək üçün cümlələr qurduğumuz bir vaxtda, hadisələrin özü çox aydın bir izahat verdi. Belə ki, lap bu yaxınlarda İsrail hökuməti böyük qətiyyətlə erməni soyqırımının tanınması prosesinə başladı, ardınca isə eyni qətiyyətlə bu prosesi dayandırdı. Bu, pərdəni aralayan başqa bir mühüm hadisə oldu və nələrin baş verdiyini hamımız gördük".
Paşinyan çıxışında vurğulayıb ki, beynəlxalq oyunçular ermənilərin faciəsindən öz siyasi maraqları üçün istifadə edirlər:
"Beynəlxalq oyunçular ölənlərimizin qalıqları, sümükləri ilə bir-birlərinin başına vururlar. Lakin ağrıyan bizim başımızdır. Beynəlxalq oyunçular ölənlərimizin sümüklərini silaha çevirir, onlarla bir-birlərinə atəş açırlar. Lakin ölən bizik. Biz erməni soyqırımının silaha çevrilməsi prosesinə son qoymalıyıq. Çünki hətta bunun bizim əlimizdə də bir silah olduğunu düşünmək sadəlövhlüyünə qapılsaq belə, həmin silahın açdığı atəşlərlə dəfələrlə qətlə yetirilmişik və yenə də dəfələrlə qətlə yetiriləcəyik".
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ