İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Kremlin adamlarına “yaşıl işıq” - Bakının gözləntisi

Ermənistan parlamentinin 10 avqust tarixli iclasında keçirilən gizli səsvermədə müxalif “Güclü Ermənistan” blokunun deputatı Aram Vardevanyan parlamentin vitse-spikeri seçilib. Müxalifətlə yanaşı, Vardevanyanın namizədliyini hakim “Mülki Müqavilə” partiyasından olan daha bir neçə deputat da dəstəkləyib. Bu, Vardevanyanın seçilməsi üçün tələb olunan səslərin sayını təmin etmək məqsədilə qəsdən edilib. Sonuncunun namizədliyini yekdilliklə 53 deputat dəstəkləyib.

Ermənistan parlamentində müxalifətçi deputat vitse-spiker seçildi

Ermənistanda yeni çağırış parlamentində hakim “Mülki Müqavilə” partiyasının fraksiyası maliyyə-kredit məsələləri, ərazi idarəetməsi və infrastrukturlar, avrointeqrasiya, habelə insan hüquqlarının müdafiəsi məsələləri üzrə komissiyaların sədri vəzifələrini itirib. Musavat.com erməni mediasına istinadən bildirir ki, reqlamentə əsasən, avqustun 10-da daimi komissiya sədrləri vəzifələri siyasi qüvvələr arasında bölüşdürülüb. Beləliklə, 8 komissiyaya hakim “Mülki Müqavilə” partiyasının fraksiyasının nümayəndələri, 3 komissiyaya “Güclü Ermənistan” blokunun, 1 komissiyaya isə “Ermənistan” blokunun nümayəndələri rəhbərlik edəcək. “Güclü Ermənistan” bloku fraksiyası maliyyə-kredit məsələləri, ərazi idarəetməsi və infrastrukturlar üzrə komissiyanı və avrointeqrasiya üzrə komissiyanı, “Ermənistan” bloku fraksiyası isə insan hüquqları üzrə komissiyanı seçib. Parlament əksəriyyətinə qalan 8 komissiyanın sədri vəzifəsi qismət olub. Sədr vəzifəsinin müxalifətə çatdığı komissiyalarda sədr müavinləri “Mülki Müqavilə” nümayəndələri olacaq.

Göründüyü kimi, Paşinyan qaydaları əsas götürərək “Ermənistan” blokunun da “könlünü alıb”. Robert Köçəryan mandatdan imtina etsə də, Paşinyan onun rəhbərlik etdiyi bloku da vəzifəsiz qoymayıb. Qeyd edək ki, Paşinyanla Rusiya lideri arasında baş tutan son telefon danışığında birinci ikincidən erməni mənşəli malların Rusiya bazarlarına ixracına qoyulan qadağalardan narahatlığını ifadə etmişdi. Paşinyan vurğulamışdı ki, Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi çərçivəsinə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına ziddir. Bu əsasda da o, problemin tənzimlənməsi üçün tədbirlər görülməsini xahiş edən Paşinyanın daha sonra Rusiyaya bağlı müxalifətə “yaşıl işıq” yandırması maraqlı haldır. Rusiya bir neçə aydır ki, Ermənistandan ixrac olunan kənd təsərrüfatı, içki, meyvə və balıq məhsulalrına qadağa qoyub.

Maraqlıdır, Paşinyan bununla nə demək istəyir? Rusiyanın adamının partiyasını sədarətə gətirməklə Kremllə gərginliyi səngitmək, yoxsa qarşıdakı dönəmdə konstitusiya dəyişiliyi ilə bağlı referendumun keçirilməsində “Güclü Ermənistan”ın səsini almaqdır niyyət?

Elxan Şahinoğlu imzatoplama kampaniyasına başlayıb | Modern.az

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, parlament sədrliyində parlamentdə təmsil olunan əsas partiyaların nümayəndələri də təmsil olunmalıdır: “Məsələn, parlamentin sədri hakim partiyadandırsa, müavinləri müxalif qrupların və partiyaların nümayəndələri ola bilər. Doğrudur, Paşinyan radikal müxalifətlə amansız mübarizə aparır, amma müəyyən qaydalara da riayət etmək məcburiyyətindədir. Ona görə şərait yaradılıb ki, parlament sədrinin müavini müxalifətdən olsun. Onsuz da həmin o müxalifət nümayəndəsi hakim partiyaya, Paşinyana ciddi bir təhlükə yaratmayacaq”.

E.Şahinoğlu həmçinin qeyd edib ki, Paşinyanın bununla bağlı iki məqsədi ola bilər: “Birinci məqsədi, bəli, Kremldən olan təzyiqlərin nisbətən neytrallaşdırılması ola bilər ki, Rusiya Paşinyanın müxalifətə də yer ayırdığını görsün. İkinci məqsəd isə müxalifət partiyaları ilə mübarizəsi çərçivəsində onların parçalanmasına çalışa bilər. Tutaq ki, parlamentdə kifayət qədər səsi olsa, heç xalqdan səs toplamağa da ehtiyacı olmayacaq, parlamentdəki səsvermə ilə konstitusiya ilə bağlı dəyişikliyə, referenduma da getmək olar. Ola bilsin Paşinyanın ikinci məqsədi də bu olub”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR