Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini bildirib.
Musavat.com xəbər verir ki, Paşinyan Milli Assambleyada 2025-ci il dövlət büdcəsinin icrasına dair illik hesabatın müzakirəsi zamanı çıxış edərək Azərbaycan-Ermənistan münaqişəsinin başa çatdığını və 2026-cı il seçkilərində Ermənistan xalqının sülhü müdafiə etdiyini deyib.
Baş nazirin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması artıq ölkənin iqtisadi inkişafına yeni təkan verib.
“Azərbaycan və Ermənistan arasında münaqişə başa çatıb. 2026-cı il seçkilərinin nəticələrinə görə, Ermənistan xalqı sülhün müdafiəsinə qalxdı. Sülhün bərqərar olması artıq iqtisadi inkişafımıza yeni impuls verib”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, insanlar iqtisadi artımı gündəlik həyatlarında hiss etməlidirlər. Bu səbəbdən Ermənistanda pensiyaların artırılması barədə qərar qəbul edildiyini vurğulayıb.
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ