Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Ermənistan münasibətlərində sülh gündəmi yenidən diqqət mərkəzinə keçib.
Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sentyabrın 17-də verdiyi açıqlama Bakı ilə İrəvan arasında uzun müddətdir davam edən danışıqların hansı mərhələyə çatdığı ilə bağlı yeni müzakirələrə yol açıb. Paşinyan Azərbaycanla sülh sazişi üzrə danışıqların “uğurla başa çatdığını” bildirərək, bunun tərəflərin müəyyən mərhələdə “mexaniki qarşılıqlılıq” prinsipindən uzaqlaşması nəticəsində mümkün olduğunu deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi razılaşdırılmış mətnin imzalanması və ratifikasiyasının ölkə üçün problemləri artırıb-artırmayacağını deyil, əksinə, vəziyyəti yaxşılaşdırıb-yaxşılaşdırmayacağını əsas götürərək qərar qəbul edib.
Bu açıqlama xüsusilə ona görə diqqət çəkir ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında əldə olunan birgə bəyanatda sülh sazişinin razılaşdırılmış mətninin paraflandığı, lakin onun imzalanması və yekun ratifikasiyası üçün əlavə addımların atılmasının zəruri olduğu bildirilmişdi. Həmin sənəddə eyni zamanda Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən kommunikasiyaların açılması və TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulurdu.
Bununla da Paşinyanın son açıqlaması “danışıqlar başa çatıb” mesajını önə çıxarsa da, əsas sual sülh sazişinin faktiki olaraq hansı mərhələdə olmasıdır.
Çünki danışıqların yekunlaşması ilə sazişin imzalanması, ratifikasiya olunması və onun müddəalarının real həyatda icrası eyni proses deyil. Üstəlik, Ermənistan Konstitusiyası məsələsi də Bakı ilə İrəvan arasında gündəmdə qalır. Azərbaycan tərəfi sülh prosesinin yekunlaşdırılması kontekstində Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması məsələsini qaldırır, Ermənistan rəsmiləri isə konstitusiyanın sülh sazişinin imzalanmasına mane olmadığını bildirirlər.
İndi əsas məsələ Paşinyanın “uğurla başa çatdı” dediyi danışıqların konkret olaraq hansı hüquqi və siyasi nəticəyə gətirib çıxaracağıdır.
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ