Onlayn ictimai-siyasi qəzet
Ermənistan Müdafiə Nazirliyi ali hərbi təhsil proqramlarına qəbul qaydalarını dəyişməyi təklif edib.
Musavat.com xəbər verir ki, dəyişikliklər ordunun transformasiyası və hərbi təhsil sisteminin inkişafı çərçivəsində hazırlanıb.
Ermənistan Müdafiə Nazirliyi hərbi təhsil müəssisələrinə qəbul qaydalarına dəyişiklikləri ictimai müzakirəyə çıxarıb.
Layihəyə əsasən, batalyon, divizion və eskadrilya komandirləri, eləcə də onların müavinləri üçün ali hərbi təhsil proqramlarında müsabiqədə iştirakın maksimal yaş həddinin 37-dən 45 yaşadək artırılması təklif olunur.
Nazirlik bildirir ki, dəyişiklik ordunun transformasiyası konsepsiyasının həyata keçirilməsi və hərbi təhsil sisteminin inkişafı ilə bağlıdır. Qeyd edilir ki, yaş həddinin artırılması daha çox fəaliyyətdə olan komandirin ali hərbi təhsil proqramlarından yararlanmasına imkan verəcək.
Layihədə həmçinin "ali təhsildən sonrakı təhsil" anlayışının "ali hərbi təhsilin üçüncü səviyyəsi" termini ilə əvəz edilməsi, təhsil proqramlarının təsnifatının dəqiqləşdirilməsi və bir sıra texniki dəyişikliklər də nəzərdə tutulur.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ