Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Talin bölgəsinin ruhani rəhbəri Tade Təhməzyan rütbədən məhrum edilib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə məlumat Müqəddəs Eçmiədzin Birincitaxt Apostol Katolikosluğunun mətbuat katibliyi tərəfindən yayılıb.
Məlumata əsasən, bu qərarın verilməsi üçün əsas Müqəddəs Eçmiədzin Birincitaxtının İntizam Komissiyasının rəyi olub. Məlumatda Tade Təhməzyanın kilsənin nüfuzuna xələl gətirən açıqlamaların yayılmasında, anti-kilsə fəaliyyətində və ayin mətninə özbaşına müdaxilə etməkdə iştirak etdiyi qeyd olunur. Həmçinin, onun kilsə rəhbərliyinə qarşı itaətsizlik nümayiş etdirdiyi vurğulanır. Qeyd olunur ki, “rütbədən məhrum edilən ruhani bundan sonra dinc kilsə üzvləri sırasına daxil ediləcək və Aramais Təhməzyan adı ilə qeyd olunacaq”.
Xatırladaq ki, Təhməzyan daha əvvəl rütbədən məhrum edilmiş Vardan Unanyan və Stepan Asatryanı dəstəkləyib. O, həmçinin 9 noyabr tarixində Talin şəhərinin “Surp Astvatsatsin” kilsəsində liturgiya icra etmişdi və həmin ayində Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak etmişdi.
Musavat.com
01 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ