Onlayn ictimai-siyasi qəzet
ABŞ Müdafiə Nazirliyi Ukraynaya ötürülən F-16 qırıcı təyyarələrinin texniki xidməti üçün 235,4 milyon dollardan çox dəyərində müqavilə bağlayıb.
Musavat.com xəbər verir ki, məlumatı Pentaqon mətbuat xidməti yayıb. Xidmətin yaydığı sənədə görə, ABŞ Hərbi Hava Qüvvələri müqaviləsi Belçikanın Sabena Aerospace Engineering şirkətinə verilib. Bu, "F-16 təyyarələri və mühərriklərində aralıq və əsaslı texniki xidmət işlərini, eləcə də Ukrayna üçün logistika idarəetməsini" təmin edir.
Bəyanata görə, iş Sabena Aerospace Engineering şirkətinin Belçikadakı müəssisəsində aparılacaq. İşin 28 yanvar 2029-cu ilə qədər başa çatması gözlənilir.
Musavat.com
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ